Şahzadə Diana haqqında yeni kitab gündəm oldu: Kral ailəsi ilə bağlı nələr yazılıb?

Şahzadə Uilyam dayısı, qraf Çarlz Spenserin müəllifi olduğu Şahzadə Diana haqqında yeni xatirə kitabının nəşrindən sonra qəzəblənib.
Polise.az xəbər verir ki, bu barədə “Daily Star” nəşri yazıb.
Nəşrin mənbəsinin iddiasına görə, Uilyam anası ilə bağlı məsələlərin yenidən ictimaiyyətin gündəminə gəlməsindən narazıdır.
“Uilyam bütün bu məsələlərin yenidən ictimaiyyətə açıqlanmasından çox qəzəblənib. Onun üçün bu, sadəcə köhnə kral tarixi və ya növbəti kitab üçün material deyil. Bu, onun anası, atası və uşaqlığının ən travmatik dövrüdür”, – deyə mənbə bildirib.
Mənbə iddia edib ki, Şahzadə Uilyam illərdir anasının xatirəsinin növbəti qalmaqalın mövzusuna çevrilməməsi və onun “ləyaqətlə yad edilməsi” üçün çalışır. Bildirilir ki, Çarlz Spenserin kral ailəsinə qarşı irəli sürdüyü ittihamlar Uilyam tərəfindən xüsusilə ağır qarşılanıb.
İnformatorun sözlərinə görə, memuarlar Uilyam və Harrini uşaqlıq illərində yaşadıqları hadisələrlə yenidən üz-üzə qoyub. “Məhz bu amil Uilyamın bu qədər qəzəblənməsinə səbəb olub”, – deyə mənbə əlavə edib.
“Swan Song” (“Qu quşunun nəğməsi”) adlı xatirə kitabında kral ailəsinin ünvanına yeni ittihamların yer aldığı bildirilir.
Kitabda Kral III Çarlzın Diananın vəfatından sonra özünü sanki “lotereya qazanmış” kimi hiss etdiyinin iddia edildiyi qeyd olunur. Həmçinin onun şahzadənin tezliklə unudulacağını düşündüyü bildirilir.
Əsərdə Şahzadə Diananın psixi sağlamlığı ilə bağlı yaşadığı çətinliklərdən də bəhs edilir. Qraf Spenser Diananın düşüncələrindən sitat gətirərək, onun yalnız “oğullarına olan sevgisi” sayəsində radikal addımdan çəkindiyini yazıb. /oxu.az/
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button