Saleh Səmədovun işi üzrə mənimsənilən vəsait ödənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədov dövlətə vurduğu ziyanı tam ödəyib.
Polise.az xəbər verir ki, ziyan onun oğlu tərəfindən qaytarılıb.
Saleh Səmədov külli miqdar təşkil edən 200 min manatın mənimsənilməsində ittiham olunurdu. Bu məbləğin 44 min manatı hələ ilkin istintaq dövründə ödənilmişdi.
Qalan hissə isə bu gün tam bağlanıb. Bundan əlavə, S.Səmədovun oğlu atasının cinayət məsuliyyətindən azad edilməsi üçün dəymiş ziyanın 50 faizi (100 min manat) məbləğində dövlət rüsumunu da ödəyib.
Yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunacaq.
Xatırladaq ki, bundan əvvəlki iclasda çıxış edən prokuror Saleh Səmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur.
Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
İttihama görə, Saleh Səmədov cinayət baş verən dövrdə tutduğu vəzifədən istifadə edərək ümumilikdə 200 min manat vəsaiti mənimsəyib.
O, həmçinin ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.
Polise.az



