Salyanda evində 85 nəfərlik toy edən şəxs cərimələnib

Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Kürsəngi kənd sakini Mehman Bəkirovun  fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq 85 nəfərin iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.

Hamısını Göstər

Related Articles

Back to top button