Salyanda hicaba görə məktəbi yandırmağa cəhd etdilər, həbs olunanlar var – FOTO

Salyanda hicaba görə məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib.

Teleqraf-ın xəbərinə görə, oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya “Molotov kokteyli” atılıb.

Polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseynov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq onlar həbs ediliblər.

Araşdırma davam etdirilir.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button