Sankt-Peterburqdakı Baş Konsulluqda saat 17:00-a olan məlumata görə 839 seçici səs verib

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunda yerli vaxtla saat 17:00-a olan məlumata görə 839 seçici səs verib.

Bu barədə  “Report”un  Rusiya bürosuna konsulluqdan məlumat daxil olub.

Baş Konsulluqdakı seçki məntəqəsinin seçici siyahısında 1 030 nəfər seçici qeydə alınıb.

Səsvermənin gedişi prosesində MDB Parlamentlərarası Assambleyasının (PA) müşahidəçiləri məntəqəyə gəliblər.

MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun eksperti Stanisalv Tkaçenko bildirib ki, MDB PA-nın müşahidəçiləri həm səsvermənin gedişini, həm də səslərin hesablanması prosesini müşahidə edəcəklər.

Qeyd edək ki, növbədənkənar prezident seçkiləri ilə əlaqədar Rusiyada 4 seçki məntəqəsi yaradılıb. Sankt-Peterburqdakı Baş Konsulluğumuzda 19 saylı Nərimanov birinci seçki dairəsinin 44 saylı seçki məntəqəsi fəaliyyət göstərir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button