Şarl Mişel İrəvan və Bakıya “xəritə üçün” gəlir – İddia

Şarl Mişel təkcə Azərbcayna deyil, həm də Ermənistan və Gürcüstana səfər edəcək. Bu səfər çərçivəsində o, Ermənistanda Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan, Prezident Armen Sərkisyanla, eyni zamanda, Azərbaycanda Prezident İlham Əliyevlə ikitərəfli görüşlər keçirəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Avropa Şurası prezidenti Şarl Mişelin bu həftə Azərbaycana baş tutacaq səfərini şərh edərkən deyib.

Q.Hüseynli qeyd edib ki, Şarl Mişelin hədəfi son günlər yenidən gərginləşən Ermənistan-Azərbaycan münasibətlərinin sabitləşməsi üçün minalanmış ərazilərin xəritəsi və diversantların geri qaytarılmasına dair tərəflərlə yeni bir razılıq əldə etməkdir:

“Şarl Mişelin Cənubi Qafqaz ölkələrinə səfəri bir müddət öncə ABŞ rəsmisinin səfərini xatırladır. Diqqət etsəniz, ABŞ nümayəndəsinin Cənubi Qafqaza səfəri də Gürcüstanda yekunlaşmışdı və bundan sonra minalanmış ərazilərin bir qisminin xəritəsini Ermənistan bizə verdi. Rəsmi Bakı da öz növbəsində bəzi diversantları Ermənistana qaytardı. Daha sonra Rusiyanın da bənzər şəkildə addım atdığının şahidi olduq. Görünür, Avropa Şurası da Ermənistan-Azərbaycan gərginliyindən ABŞ və Rusiya kimi yararlanmağa çalışır. Yəni humanitar missiyaya imza atıb, növbəti dəfə minalanmış ərazilərin xəritələrini rəsmi Bakıya verib, beləcə erməni diversantları Ermənistana qaytarmaq niyyətindədir.

Faktiki olaraq 44 günlük müharibə zamanı səssiz qalan bütün qüvvələr sanki indi Ermənistanla Azərbaycan arasında vasitəçi olmaq, ya da sözdə humanitar yardım etmək adı ilə yarışa başlayıb. Düşünürəm, Şarl Mişelin Cənubi Qafqaz ölkələrinə səfəri də bu məqsədlədir. Səfər çərçivəsində onun ölkə başçıları ilə görüşü ondan xəbər verir ki, mövcud vəziyyəti yerində görmək və prezidentlər səviyyəsində qiymətləndirmək istəyir”.

Hamısını Göstər

Related Articles

Back to top button