Selçuk Bayraktar sosial şəbəkə izləyicilərinə Bakı Beynəlxalq Astronavtika Konqresi ilə bağlı müraciət edib
“Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru Selçuk Bayraktar 2-6 oktyabrda Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirakını təsdiqləyib.
Polise.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) məlumat yayıb.
Məlumata əsasən, Selçuk Bayraktar sosial şəbəkələrdə izləyicilərinə Bakı Beynəlxalq Astronavtika Konqresi ilə bağlı müraciət edib. “Kosmosun dərinliklərinə gedəcəyimiz, elmi araşdırmaların təqdim olunacağı 74-cü Beynəlxalq Astronavtika Konqresi 2-6 oktyabrda Can Azərbaycanda keçiriləcək. Biz də 500 nəfərlik TEKNOFEST komandası ilə birlikdə burada olacağıq. Fəza bütün sirləri ilə bizi araşdırmalara sövq edərkən, eyni səma altında Bakıda görüşərik”, – deyə S.Bayraktar bildirib.
Polise.az