Serbiya MN qadağan etdi…
Serbiya Müdafiə Nazirliyi ölkə vətəndaşlarına Ukraynadakı döyüşlərdə iştirakı qadağan edib.
Bu barədə Serbiya müdafiə naziri Miloş Vuçeviç deyib.
Nazir qeyd edib ki, Serbiya vətəndaşlarına Ukraynadakı döyüş əməliyyatlarında iştirak etmək qadağan edilib və bu tələbi pozanlar qanun qarşısında cavab verəcəklər.
O həmçinin qeyd edib ki, Serbiya xüsusi xidmət orqanları ölkə vətəndaşlarının Ukrayna münaqişəsində iştirakı ilə bağlı məlumatları izləyir.
“Serbiya qanunvericiliyinə əsasən ölkə vətəndaşlarının başqa dövlətlərin ərazisində hərbi münaqişələrdə iştirakı qadağandır”, – Vuçeviç xatırladıb.
Nazir Ukraynadakı münaqişənin həll olunacağına da ümid etdiyini bildirib