Serdar Hüseyin Yıldırım: Astronavtika Konqresi dünyanın nüfuzlu şirkətlərini bir araya gətirən gözəl platformadır

Beynəlxalq Astronavtika Konqresi çox mühüm tədbirdir və qardaş Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi, astronavtika sahəsindəki peşəkarları, şirkətləri bir araya gətirməsi əlamətdar hadisədir. Bakını hamımız çox sevirik.

Bu sözləri  Polise.az -a məxsusi müsahibəsində Türkiyə Kosmik Agentliyinin prezidenti Serdar Hüseyin Yıldırım deyib.

O qeyd edib ki, Konqres dünyanın nüfuzlu şirkətlərini və onların rəhbərlərini bir araya gətirərək əməkdaşlıq imkanlarını müzakirə etmək üçün gözəl platforma rolunu oynayır.

“Türkiyə olaraq Konqres çərçivəsində bir sıra əhəmiyyətli görüşlər keçirdik və mühüm sənədlər imzalandı. Ölkəmiz 2026-cı ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək niyyətindədir. Gənclərin kosmos sahəsinə cəlb olunmaları istiqamətində layihələr reallaşdırılır. 2024-cü ildə türk dövlətlərinin gəncləri yenidən Türkiyədə, Ankarada toplaşacaqlar”, – deyə Agentliyin prezidenti diqqətə çatdırıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button