Serjik kazinoda 100 milyon dollar uduzubmu…

Ermənistanın Baş Prokurorluğuna ölkənin üçüncü prezidenti Serj Sarkisyanın Baden-Baden şəhərinə səfəri ilə bağlı cinayəti ilə bağlı məlumat daxil olub. Məlumat Xüsusi İstintaq Xidmətinə baxılmaq üçün göndərilib. Bu barədə “Sputnik Ermənistan”-a Baş Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, Baş Prokurorluq Serj Sarkisyanın səfərləri ilə bağlı media nəşrləri polisə göndərib, lakin heç bir cavab almayıb. Bundan sonra prokurorluq polisdən materialların yoxlanış üçün Xüsusi İstintaq Xidmətinə göndərməsini tələb edib.

Avqustun 25-də keçirilən parlament iclasında “Mülki Müqavilə” partiyasını təmsil edən millət vəkili Xaçatur Sukiasyan əvvəlki hökumət dövründə korrupsiya haqqında danışaraq, Serj Sarkisyanın adını çəkib, və bildirib ki, sabiq prezident Baden-Badendəki kazinoda 100 milyon dollar uduzub.

Qəzet xatırladır ki, 2021-ci ildə keçirilən erkən seçkilərə qədər Serj Sarkisyan Baden-Badenə səfər etdiyini inkar etmirdi.

Hamısını Göstər

Related Articles

Back to top button