Sinaqoq yaxınlığında terror aktı törədənin kimliyi məlum olub
Yerusəlimdə sinaqoq yaxınlığında terror törədən şəxs HƏMAS-ın üzvü olub.
AZƏRTAC “The Jerusalem Post”a istinadla xəbər verir ki, terrorçu Fadi Ayeş Yerusəlimin Neve Yaakov məhəlləsində ibadətdən sonra sinaqoqdan çıxan insanlara atəş açıb.
Daha sonra terrorçu avtomobilinə minərək hadisə yerindən qaçıb. Polis terrorçunu zərərsizləşdirib.
Qeyd edək ki, terror aktı nəticəsində 8 nəfər ölüb, 10 nəfər yaralanıb.