“Siper” raketləri S-400-ləri əvəz edə bilərmi?

Hava müdafiə sistemində hər mərhələ böyük əhəmiyyət kəsb edir.

Bunu Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir qatıldığı proqramda jurnalistin “Siper” raketləri S-400-ləri əvəz edə bilərmi” sualına cavabında deyib.

O bildirib ki, bir müddətdən sonra “Siper” uzaq mənzilli zenit-raket kompleks sistemlərinin sınaqlarına başlanılacaq:

“Burada vacib məsələ ehtimal olunan hava təhdidlərinə qarşı qorunmaqdır. Yəni “Siper”lə ideal bir nöqtəyə gəlsək də, bu, bütün hava təhdidlərini məhv edəcəyimiz anlamına gəlmir. Çünki günümüzdə müxtəlif növ PUA-lar irili-xırdalı təhdidlər yarada bilir. Yəni bu çoxşaxəli bir prosesdir. Əlbəttə ki, “Siper” raketləri ilə bağlı işlərimiz davam edir. “Siper”ə gedən hər yol xəritəsində məhsullarımızı görəcəksiniz. “Sunqur”da, “Hisar” olduğu kimi. Buna görə də “Türkiyə hansı hava hücumuna qarşı uğurlu ola bilər, hansı məhsullar əlimizdədir” sualı daha düzgün olardı. “Siper” ideal bir məhsuldur, onu əldə etdikmi, hər şey bitəcək” düşüncəsi doğru deyil”.

Hamısını Göstər

Related Articles

Back to top button