Şirvan şəhər sakininin evindən 1 kiloqrama yaxın narkotik aşkarlandı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam
etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan
verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri
nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini,
əvvəllər məhkum olunmuş Mirəsgər Məmmədli saxlanılıb. Həmin şəxsin üzərinə
keçirilən baxış zamanı ondan narkotik maddə olan heroin aşkarlanıb.
Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı ünvana keçirilən
baxış zamanı oradan 99 qramdan artıq heroin, 115 qrama yaxın metamfetamin, 750
qram marixuana, 140 ədəd narkotik tərkibli həblər və 1 ədəd elektron tərəzi aşkar
edilərək götürülüb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxs
barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hamısını Göstər

Related Articles

Back to top button