Şirvanda dələduzluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan
verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər
ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin
xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması
istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini
Aydın Həsənov saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, A.Həsənov şəhər sakini olan iki
vətəndaşın etibarından istifadə edərək onlara yüksək məvacibli yaxşı işlə təmin
edəcəyi barədə vədlər verərək ümumilikdə onların 12000 manat pulunu dələduzluq
yolu ilə ələ keçirib.
Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna
etmir.
Əgər A.Həsənovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu
barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə
məlumat vermələri xahiş olunur.
