Siyəzəndə dələduzluq edərək 16 min manatı ələ keçirən şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
Bildirilib ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış
tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq
etməkdə şübhəli bilinən rayon sakini Mazan Əzimov saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi
əməlləri etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, M.Əzimov vətəndaşlara qarşı dələduzluq etməklə ümumilikdə
16000 (on altı min) manat civarında pulu ələ keçirib.
Faktlarla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır. Saxlanılan şəxs barəsində rayon
məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları Mazan Əzimovun digər analoji cinayətlərdə iştirakını da istisna etmirlər. Əgər bu
şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102” xidməti zəng mərkəzinə,
həmçinin Siyəzən RPŞ-yə müraciət etmələri xahiş olunur.