SOCAR tərəfindən Ukraynaya 20 ton yanacaq göndərilib
Ukrayna tərəfinin müraciəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, müvafiq humanitar yardım məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Ukraynaya 20 ton yanacaq göndərilib.
Bu barədə AZƏRTAC-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən bildirilib.
Polise.az