Son bir ayda Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitdə yüksək artım müşahidə edilir

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il noyabrın 2-dək 198 milyon 13 min 34 manat, 10 milyon 996 min  106 ABŞ dolları (18 milyon 693 min 549 manat), 165 min 596 avro (327 min 963 manat) 495 min 521 türk lirəsi (99 min 847 manat), 1 min 295 ingilis funt sterlinqi (2 min 843 manat ) və 5 milyon 62 min 550 rubl (106 min 820 manat) vəsait daxil olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd edək ki, oktyabrın 1-dən noyabrın 2-dək Silahlı Qüvvələrə Yardım Fonduna 77 milyon 906 min 626 manat, 10 milyon 777 min 425 ABŞ dolları, 147 min 255 avro və 5 milyon 57 min 550 rubl vəsait daxil olub. 

Bununla da ümumilikdə fonda 217 milyon 244 min 56 manat pul daxil olub.

Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.

Hamısını Göstər

Related Articles

Back to top button