Soyğunçuluqda şübhəli bilinən şəxs saxlanıldı
Şirvan Şəhər Polis Şöbəsinə şəhər sakini M.Heydərovun bank hesabından 300 manatının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla hadisənin soyğunçuluq yolu ilə törədilməsi müəyyən olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini C.Paşayev müəyyən olunaraq saxlanılıb.