Stoltenberq: “Rusiyaya qarşı sanksiyalar vacibdir”
“Rusiyaya qarşı sanksiyalar vacibdir və davam etməlidir”.
CNBC telekanalının məlumatına görə, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.
O, qeyd edib ki, Krımla bağlı vəziyyətdən sonrakı sanksiyalar qüvvədə qalmağa davam etməlidir.
NATO baş katibi həmçinin alyansın Gürcüstan və Ukraynaya yardıma davam edəcəyini də bildirib.