Sumqayıtda baş verən qəzada 4 hərbçi, bir mülki şəxs ölüb

Polise.az xəbər portalına daxil olan məlumata istinadən 26 may 2020-ci il tarixdə saat 07:30 radələrində Sahil – Zeynalabdin Tağıyev avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən 1-ci kilometrliyində 01.09.1992-ci il təvəllüdlü Lənkəran rayonunda anadan olmuş, Bakı şəhəri Abşeron rayonu Pirəkəşkül qəsəbəsində yaşayan Müdafiə Nazirliyi 061 saylı hərbi hissənin giziri Qafarlı Ceyhun Mehman oğlu idarə etdiyi «Saipa Saina EX » markalı, 99-PB-542 dövlət qeydiyyat nişanlı avtomobillə Sahil qəsəbəsi istiqamətində hərəkətdə olan vaxt əks hərəkət zolağına çıxaraq qarşıdan Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində hərəkətdə olan 04.09.1984-cü il təvəllüdlü Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 6-cı küçə döngə 3, ev 5-də yaşayan Əliyev Ramil Gülhəsən oğlunun idarə etdiyi «Opel Vectra» markalı, 01-BZ-361 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə «Saipa Saina EX» markalı, 99-PB-542 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ceyhun Qafarlı, sərnişinləri Müdafiə Nazirliyi 061 saylı H/H-nin hərbi qulluqçuları 27.05.1990-cı il təvəllüdlü. Sumqayıt şəhəri Corat bağları ərazisi ev 2405M-də yaşayan, çavuş Pənalı Fərid Kərim oğlu, 03.10.1991 -ci il təvəllüdlü Gizir Qafarov Toğrul Bəhmən oğlu, 01.04.1983-cü il təvəllüdlü Sumqayıt şəhəri Corat qəsəbəsi İsgəndər Qasımov küçəsi ev 98-də yaşayan. Gizir Yusifov Şərbət Araz oğlu və idarə etdiyi «Opel Vectra» markalı avtomobilin sərnişini 20.02.1956-cı il təvəllüdlü Bakı şəhəri Nərimanov rayonu N.Hacıyev küçəsi ev 6, mənzil 17-də qeydiyyatda olan Yusubov Mənaf Nüsübət oğlu hadisə yerində ölmüşlər. İdarə etdiyi «Opel Vectra» markalı avtomobilin sürücüsü Ramil Əliyev və «Saipa» markalı avtomobilin sərnişini 01.10.1991-ci il təvəllüdlü Kiçik Çavuş, Sumqayıt şəhəri 4-cü mikrorayon 21/29 mənzil 7-də yaşayan Musazadə Azər Mürvət oğlu xəsarət alaraq xəstəxanaya daxil olmuşdurlar.

Faktla bağlı tərəfimdən Azərbaycan Respublikası CM-nin 263.3 –cü  maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

https://youtu.be/iKjhM2n5IV4
Mənbə
polise.az
Hamısını Göstər

Related Articles

Back to top button