Sumqayıtdan Türkiyəyə növbəti humanitar yardım göndərilib

Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində zərər çəkənlərə kömək məqsədilə fevralın 16-da Sumqayıt şəhərindən qardaş ölkəyə növbəti humanitar yardım yola salınıb.

Polise.az xəbər verir ki, şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov bir neçə gün bundan əvvəl modul tipli 5 ədəd konteyner evin və 230 min manatlıq yardımın qardaş ölkəyə yola salındığını bildirib.

O deyib ki, bugünkü yardıma isə hər birində 8-10 nəfərin müvəqqəti yaşaması üçün nəzərdə tutulan daha 4 konteyner ev, 175 min manat dəyərində 31 ton müxtəlif məhsul daxildir. Növbəti günlərdə modul tipli 14 konteyner evdən və 380 min manat dəyərində müxtəlif məhsullardan ibarət yardımın göndərilməsi nəzərdə tutulur.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button