Suqovuşanı alan generalımız… – Millət vəkili

General Hikmət Həsənovla mənim kəndim hələlik işğal altındadır. Əminəm ki, Ali Baş Komandanımızın əmri ilə başlanan əks-hucumumuz bizim kəndələrimiz də daxil olmaqla, bütün torpaqlarımızın qısa zamanda işğaldan tam azad olunmasına imkan verəcək.

Bunu millət vəkili Vüqar Bayramov qeyd edib.

“Suvqovşanı (Madagiz) azad edən general Hikmət Həsənov Füzuli rayonun Pirəhmədli kəndində doğulub, boya başa çatıb. Pirəhmədli mənim dünyaya gəldiyim və uşaqlıq illərimin keçdiyi Aşağı Güzlək kəndi ilə qonşu kənddir. Ötən əsrin 70-ci illərində atam Pirəhmədli kənd orta məktəbində müəllim işləyib və uşaqlıqda o kəndə tez-tez gedərdik. Hikmət Həsənovla uzun müddətdir tanışıq. Hər zaman vətənpərvərliyi, milli qüruru və hərbi intizamı ilə seçilən hərbiçilərdəndir. Savaşdan öncədə danışmışdıq. O torpaqlarımızın tezliklə işğaldan tam azad olunacağına inan və bu yolda canından keçməyə hazır olan vətənpərvər hərbiçilərimizdəndir”, -V. Bayramov bildirib.

Millət vəkili onu da qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin dünənki təbriki generalmız üçün həm ən xoş, həm də ən məsuliyyətli gündür:

“İrəli, əziz qardaşımız! Əminəm ki, mərd və qorxmaz Azərbaycan ordusu bizlərə çox sevinclər bəxş edəcək. Yeni xoş xəbərlər və Böyük Qələbə yaxındadır. Çox yaxında. Allah Azərbaycanı qorusun!”

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button