Təhlükəli infeksiyalar üzrə ekspert: “Omikron ştammının yeni alt növünün yaranması pandemiyanın sonudur”
Rusiyada BA.2.75 “Kentavr” koronavirusunun omikron ştammının yeni yarımnövünün peyda olması epidemiyanın bitməsinə işarədir, əlavə məhdudiyyətlər tələb olunmayacaq.
Bu barədə TASS-a xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis, immunoloq, tibb elmləri doktoru Vladislav Jemçuqov məlumat verib.
““Omikronda mövcud artım pandemiyanın quyruğudur, koronavirus epidemiyasının sonu. Məhdudiyyətləri, maska və əlcək tədbirlərini yeniləməyə ehtiyac yoxdur”, – deyə Jemçuqov izah edib.
Eyni zamanda ekspert ciddi xəstəlikləri olan, həmçinin immunosupressiv terapiya alanlar və 80-90 yaşdan yuxarı insanların ictimai yerlərdə maska taxmasını da tövsiyə edib.
Onun sözlərinə görə, “Kentavr” “Omikron”un BA.4 və BA.5 variantlarından əsaslı şəkildə fərqlənmir.