Tərtər niyə atəşə tutulur?

Ermənilərin Tərtəri niyə atəşə tutur?

Məsələ ilə bağlı “Caliber” “YouTube” kanalı maraqlı süjet hazırlayıb. Vurğulanıb ki, Tərtər düşmən üçün artilleriya zərbələri endirmək üçün çox rahat və cəbhə xəttinə ən yaxın məsafədə yerləşir. 

Süjetdə Ermənistan silahlı qüvvələrinin təkcə Tərtərdə deyil, cəbhənin bütün istiqamətlərində yerləşən digər rayonlarda da mülki əhalini hədəfə aldığı xüsusilə qeyd edilir. Bildirilir ki, Azərbaycan Ordusunun cəbhə xəttində uğurlu əks-hücum əməliyyatları ermənilərin bu cür aqressiv fəaliyyətinə səbəb olur. Həmçinin, ordumuzun Ermənistan silahlı qüvvələrinin mövqelərinin daha da dərinliyinə sızmasının düşmənin artilleriya zərbələrini daha da artıracağı qeyd edilib.

https://youtube.com/watch?v=5qZYUFlh-8g%3Ffeature%3Doembed
Mənbə
baku.ws
Hamısını Göstər

Related Articles

Back to top button