Tacikistan Prezidenti Mərkəzi Asiya dövlətlərini birliyə çağırıb

Tacikistan Prezidenti Emoməli Rəhmon Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə region ölkələrinin liderlərini birliyə və böyük inteqrasiyaya çağırıb.

Polise.az  xəbər verir ki, aparıcı dünya dövlətlərinin regiona marağının artdığını vurğulayan Emoməli Rəhmon bu şərtlər daxilində Mərkəzi Asiyada birlik nümayişinin və inteqrasiya istiqamətində daha fəal addımlar atılmasının vacibliyini qeyd edib.

Tacikistan Prezidenti, həmçinin Məşvərət görüşündə iştirak edən dövlətlərin hökumətlərinə regional və ölkə xüsusiyyətləri nəzərə alınmaqla, birgə inkişaf üçün konkret təkliflər hazırlamağı təklif edib.

Qeyd edək ki, sentyabrın 14-də Düşənbə şəhərində Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü başlayıb. Görüşdə Tacikistan Prezidenti Emoməli Rəhmon, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak edir. Tədbirə ilk dəfə olaraq fəxri qonaq qismində Azərbaycan Prezidenti İlham Əliyev region ölkələrindən kənar dövlət başçısı kimi dəvət olunub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button