TBMM bu tarixədək işləməyəcək
Türkiyəli millət vəkilləri TBMM-in fəaliyyətinin dayandırılmasını fevralın 28-dək uzadıblar.
Polise.az xəbər verir ki, bu barədə AKP-nin parlamentdəki fraksiyasının rəhbəri Mustafa Elitaş məlumat verib.
Deputatların əksəriyyətinin fəlakət zonasında olması səbəbindən parlamentdə oturan partiyalar fasilənin fevralın 28-dək uzadılması barədə qərar qəbul ediblər.
Qeyd edək ki, Türkiyə parlamenti fevralın 6-da baş verən zəlzələ səbəbindən fəaliyyətini dayandırmışdı.