Tehranda SEPAH zabiti küçənin ortasında güllələndi
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti bazar günü Tehranın şərqindəki küçələrdən birində güllələnib.
Bu barədə İRNA agentliyi korpusun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, söhbət sui-qəsd zamanı avtomobillə şəhər ətrafında hərəkət edən polkovnik Sayad Xodaidən gedir.
İnqilab Keşikçiləri Korpusunun mətbuat xidməti hadisəni terror aktı adlandırıb.