Ter Petrosyan:”Ermənistanı acınacaqlı gələcək gözləyir”.

“Ölkəmizi daha acınacaqlı gələcək, partlayış gözləyir”.

“Polise.az” xəbər verir ki, bunu Ermənistanın sabiq dövlət başçısı, birinci prezidenti Levon Ter-Petrosyan xalqa müraciətində deyib.

O, Azərbaycanla müharibədə məhv edilmiş erməni əsgərin anasının yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasını pisləyib.

“Narahatlıq doğuran vəziyyət. Oğlunu döyüşdə itirmiş ananın saxlanılması hətta Ermənistan parlamentinin bədnam spikerinin İrəvanın mərkəzində günorta saatlarında vətəndaşın üzünə tüpürdüyü iyrənc əməldən də böyük biabırçılıqdır. Bu iki hal onu göstərir ki, hakimiyyətin həyasızlığının həddi-hüdudu yoxdur”.

“Belə görünür ki, Ermənistanda daxili siyasi gərginliyin səngiməsi hakimiyyətin məsuliyyəti və qayğısı olmalıdır, lakin gördüyümüz kimi, onlar öz həyasız və uzağı görməyən hərəkətləri ilə gərginliyi daha da artırırlar. Belə davam etsə, ölkəmizi daha acınacaqlı, hətta partlayışlı perspektiv gözləyir. Bunu nəzərə alaraq, eyni zamanda qeyd etməyi zəruri sayıram ki, dövlət məmurlarının ailə üzvlərinə qarşı nalayiq davranışların təzahürləri də yolverilməzdir”, – birinci prezident müraciətində bildirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button