Terrorçu dövlət olan Ermənistan Qarabağdakı hərbi əməliyyatlara uşaqları cəlb etməyə başlayıb

Qarabağda iki həftəlik hərbi əməliyyatlarda əhəmiyyətli dərəcədə canlı qüvvə itirən işğalçı Ermənistan hökuməti uşaqları hərbi əməliyyatlara cəlb etməyə başlayıb.

Bununla bağlı “Dvachannel” “Telegram” kanalında videofaktlar yerləşdirilib.

Görüntülərdən məktəbdə hərbi hazırlıq dərsi adı ilə uşaqlara hərbi təlimlər keçirildiyi məlum olur.

Təlim kamuflyaj geyimində hərbçilərin nəzarəti altında aparılır.

Qeyd edək ki, İrəvanın uşaqları hərbi əməliyyatlara cəlb etməsi ilk belə hadisə deyil. İnternetdə keçən əsrin 90-cı illərində Birinci Qarabağ Müharibəsi zamanı belə hadisələrin mövcudluğu barədə çox sayda fakt tapmaq mümkündür.

Xarici kəşfiyyat xidmətlərinin məlumatına görə, Ermənistanda və Qarabağın yüksək dağlıq bölgələrində yeniyetmələrin müharibədə iştirak etmələri üçün onlara psixoloji təsir edilir.

Qeyd edək ki, uşaqları milli silahlı qüvvələrə cəlb etmək və ya hərbi əməliyyatlarında fəal iştirakı üçün onlardan istifadə etmək beynəlxalq qanunlara görə hərbi cinayətidir.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button