Tramp ədalət mühakiməsi qarşısına çıxarılacaq-bu gün!
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Floridadakı malikanəsini tərk edərək məhkəməsinin keçiriləcəyi Nyu-Yorka yola düşüb.
Polise.az xəbər verir ki, bu barədə MSNBC məlumat yayıb.
Məlumata görə, Onun məhkəmədə çıxışı aprelin 4-də saat 22:15-ə təyin edilib.
Qeyd edək ki, Nyu-York məhkəməsinin hakimləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın aktrisa Stormi Danielsə 130 min dollar ödənilməsində iştirakı ilə bağlı ittiham aktı çıxarıb.
Belə ki, ABŞ tarixində ilk dəfə keçmiş prezident cinayət məsuliyyətinə cəlb oluna bilər.
Təhqiqatçıların fikrincə, Stormi Daniels siyasətçi ilə iddia edilən əlaqəyə dair “sükut” üçün pul alıb. Manhetten prokuroru ödənişlərin 2016-cı il prezident seçkiləri kampaniyası üçün nəzərdə tutulan vəsaitdən edildiyindən şübhələnir.