Tramp İrana ultimatum verdi: Ya şərtlərimizi qəbul edəcəklər, ya da məhv olacaqlar

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonun münaqişənin nizamlanması ilə bağlı irəli sürdüyü şərtləri qəbul etməyəcəyi təqdirdə məhv ediləcəyi ilə hədələyib.
Polise.az xəbər verir ki, Tramp bu barədə Nyu-York ştatının Sirakuz şəhərində tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
ABŞ lideri İranla bağlı məsələnin yaxın zamanda həll olunacağını iddia edib.
“Sizə bir söz deyim: İranla bağlı hər şey çox tez həll olunacaq. Bu və ya digər şəkildə. Ya onlar bizə hər şeyi verəcəklər, ya da mövcudluqlarına son qoyulacaq. Onlar da bunu bilirlər”, – Tramp vurğulayıb.
ABŞ Prezidenti İranın Vaşinqtonun tələblərini yerinə yetirməsinin vacibliyinə işarə etsə də, çıxışında həmin şərtlərin konkret nələrdən ibarət olduğunu açıqlamayıb.



