Tramp İranın zənginləşdirilmiş uranı ABŞ-yə verməyə razılaşdığını deyib

ABŞ prezidenti Donald Tramp İranın hücuma məruz qalmış obyektlərdəki zənginləşdirilmiş uranı ABŞ-yə verməyə razılaşdığını iddia edib.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, Tramp bu barədə Ağ evin Cənub çəmənliyində jurnalistlərə açıqlamasında danışıb. Onun sözlərinə görə, söhbət ötən ilin iyununda zərbələr endirilmiş obyektlərdə yerləşən urandan gedir.
“Onlar bizə nüvə materialını verməyə razılaşıblar. Bu material həyata keçirdiyimiz hücumlardan sonra yerin dərin qatlarında yerləşir”, – deyə Tramp qeyd edib.
Məlumata görə, ABŞ lideri İranla bir sıra məsələlər üzrə razılaşmalar əldə olunduğunu da bildirib.
Qeyd edək ki, daha əvvəl politoloq Konstantin Bulavitski ABŞ-İran münaqişəsinin yaxın zamanda başa çatmayacağını vurğulamışdı. Bununla yanaşı, Kremlin nümayəndələri İranın dinc məqsədli nüvə enerjisindən istifadə hüququnun olduğunu bəyan ediblər.
Polise.az



