Türk dövlətləri Şərqlə Qərb arasında körpüyə çevrilir…
Macarıstan indi neft və qaz tədarükü üzrə yeni marşrutlar axtarmağa məcbur olub, çünki Ukraynadakı münaqişə nəticəsində əvvəlki yollar bağlanıb.
Polise.az xəbər verir ki, bu barədə Bloomberg telekanalına müsahibəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib. O əlavə edib ki, Macarıstanın Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı sayəsində ciddi imkanlar yaranır. “Bizə yeni əlaqələr, yeni tədarük marşrutları lazımdır və Şərq ilə Qərb arasında körpüyə çevrilən Türk dövlətləri çox yaxşı imkanlar təklif edirlər”, – deyə Siyarto vurğulayıb.
Diplomat, həmçinin bildirib ki, Macarıstan Türkiyə ilə 2024-cü ilin əvvəlində 275 milyon kubmetr qaz tədarükünə dair kontrakt imzalayıb, cari ildə isə 100 milyon kubmetr Azərbaycan qazı idxal edib.
Peter Siyarto sonda qeyd edib ki, gələcəkdə Türkmənistan və Qətərdən də qaz alınacaq.
Polise.az