Türk general: Azərbaycan Ordusu ermənilərin 8 min əsgərini məhv edib

Türkiyənin aviasiya generalı Ərdoğan Karakuş Ermənistanın hava hücumundan müdafiə sisteminin iflic olduğunu açıqlayıb.

“A Haber” kanalının canlı yayımında danışan general ermənilərin PUA-ları belə vura bilmədiyini söyləyib. 

“Quruda irəliləməkdə çətinliklər var, amma buna baxmayaraq Ermənistanın hava hücumundan müdafiə sistemini PUA-larla, kamikadze dronlarla iflic etdik. Hava hücumundan müdafiə sistemi məhv edildikdən sonra pilotsuz uçan aparatları vura bilmirlər”. 

Ermənistan ordusunun ciddi itkilərlə üzləşdiyini deyən Ə.Karakuş Azərbaycanın uğurlu hərbi əməliyyatlarına diqqət çəkib: 

“Bundan sonra Ermənistan ordusuna istədiyiniz kimi zərbə endirə bilərsiniz. Ermənistanın çox sayda əsgəri məhv edilib. 8 min əsgərin öldürüldüyü deyilir”.

Mənbə
baku.ws
Hamısını Göstər

Related Articles

Back to top button