Türkiyə DİN-in Təhlükəsizlik Baş İdarəsinə terror hücumu olub, iki nəfər yaralanıb

Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinə terror hücumu olub.

Polise.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, yerli vaxtla saat 09.30 radələrində bina girişinə avtomobillə gələn iki terrorçu bombalı hücum həyata keçirib. Terrorçulardan biri özünü partladıb, digər isə zərərsizləşdirilib.

Terror hücumu zamanı 2 polis əməkdaşı xəsarət alıb.

11:20

Türkiyə Böyük Millət Məclisinin və nazirliklərin yerləşdiyi İsmət İnönü Bulvarında səhər saatlarında partlayış və silah səsləri eşidilib.

AZƏRTAC “CNN Türk”ə istinadla xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis, tibb briqadaları və yanğınsöndürmə briqadaları göndərilib.

Partlayış səslərinin Daxili İşlər Nazirliyinin yaxınlığında baş verdiyi bildirilir. Bir çox məntəqələrə gedən yol bağlanıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button