Türkiyə ilə İran arasında mühüm razılaşma imzalandı

İran İslam respublikasında səfərdə olan Türkiyənin daxili işlər naziri Süleyman Soylu həmkarı Əhməd Vahidi ilə görüşüb.

Söhbət zamanı terrorizmlə mübarizə, sərhədlərin təhlükəsizliyi, narkotik və silah qaçaqmalçılığı, həmçinin Əfqanıstanda baş verən proseslər müzakirə olunub.

Görüşdən sonra tərəflər arasında sənədlərin imzalanması mərasimi baş tutub. Yayılan məlumatlara görə, imzalanan sənədlər arasında ən əhəmiyyətlisi təhlükəsizlik sahəsində əməkdaşlığa dair ikitərəfli razılaşma olub.

Mərasimdən sonra birgə mətbuat konfransı təşkil edilib.

Tədbirdə çıxış edən Vahidi kənar qüvvələrin İran-Türkiyə dostluğuna xələl gətirməsinə imkan verməyəcəklərini bəyan edib.  

Hamısını Göstər

Related Articles

Back to top button