Türkiyə MSK parlament seçkilərinin yekun nəticələrini açıqladı

Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener 14 Mayda keçirilən parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.

O, ölkə daxilində seçicilərin 88,92, ölkə xaricində isə 53,80 faizinin parlament seçkilərinə qatıldığını bildirib.

Yekun nəticələrə görə, 28-ci müddət Türkiyə Parlamentində Ədalət və İnkişaf Partiyasından 268, Cümhuriyyət Xalq Partiyasından 169 (38-i kiçik partiyalara aiddir), Milliyyətçi Hərəkat Partiyasından 50, İYİ Partiyadan 43, Rifah Partiyasından 5,, Yaşıllar və Sol Gələcək Partiyasından 61, Türkiyə İşçi Partiyasından isə 4 millət vəkili təmsil olunacaq. (Mənbə: Haber Global)

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button