Türkiyə Ukrayna və Rusiyaya təkliflə müraciət edib

Türkiyə Ukrayna münaqişəsi tərəflərinə hərtərəfli sülh müqaviləsi barədə razılığa gələnə qədər enerji obyektlərinə hücum etməmək və Qara dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək barədə məhdud bir razılaşma bağlamağı təklif edir.

Musavat.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan TV NET-də danışıb: “Hərtərəfli atəşkəs və sülh müqaviləsi olmadığı müddətdə, Qara dənizdə enerji obyektlərinə hücum etməmək və naviqasiya təhlükəsizliyini təmin etmək barədə məhdud bir razılaşma bağlamaq təklif olunur”, – deyə o bildirib.

Fidan xatırladıb ki, taxıl müqaviləsi üzrə razılaşmalar 2022-ci ildə oxşar prinsipdən istifadə etməklə əldə edilib: “Beləliklə, təkcə taxıl daşıyan gəmilər deyil, həm də bütün kommersiya gəmiləri naviqasiya blokadalarından xilas edilib”.

Türkiyənin xarici işlər naziri həmçinin şənbə günü Qara dənizdə ticarət gəmisinə yeni bir hücumun baş verdiyini, lakin hadisənin heç bir mənfi nəticəsinin olmadığını bildirib.

Türkiyə Müdafiə Nazirliyi əvvəllər bildirib ki, özünün eksklüziv iqtisadi zonasında mülki gəmilərə hücumlardan sonra Qara dəniz hövzəsindəki təhdidlərə qarşı mübarizə aparmaq üçün lazımi tədbirlər görür.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button