Türkiyə və Portuqaliyanın XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Portuqaliyanın xarici işlər naziri Joao Qomes Kravinyo Cənubi Qafqazdakı durumu müzakirə edib.
“Polise.az ” xəbər verir ki, bunu M.Çavuşoğlu yanvarın 30-da Ankarada həmkarı ilə birgə mətbuat konfransında deyib.
“Cənubi Qafqazdakı durum, həmçinin Ermənistanla münasibətlər barədə danışdıq”, – XİN başçısı vurğulayıb.
O bildirib ki, görüşdə Bakı-İrəvan, Ankara-İrəvan münasibətlərinin son mərhələsi barədə müzakirələr aparılıb: “Bundan başqa, Ukraynadakı durumu, Finlandiya və İsveçin NATO-ya üzvlüyünü müzakirə etdik”.