Türkiyədə zədələnən binaların qiymətləndirilməsi bir həftəyə başa çatacaq

“Ən gec bir həftə ərzində zəlzələdən zərər çəkmiş binaların qiymətləndirilməsi başa çatacaq”.
APA xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Məhmət Nuri Ersoy deyib.
O bildirib ki, vətəndaşlar binaları ilə bağlı məlumatları hökumətin elektron sistemindən əldə edə bilərlər:
“Vətəndaşlara müraciət edirik ki, əgər yaşadıqları binaların təhlükəsiz olmasına dair rəy verilibsə, evlərinə keçə bilərlər”.