Türkiyədə zəlzələ bölgəsindən gətirilən ailələr Azərbaycanda reabilitasiyaya cəlb ediliblər
6 fevral 2023-cü il tarixində Türkiyə Respublikasının bir sıra vilayətlərində baş vermiş güclü zəlzələ nəticəsində zərərçəkərək ölkəmizə təxliyyə edilən Azərbaycan vətəndaşları və onların digər ölkə vətəndaşı olan ailə üzvləri – ümumi olaraq 6 ailənin (ümumilikdə 22 nəfər) müvafiq səhiyyə müəssisələrində tibbi müayinə və müalicə müddəti bitdiyi üçün onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsində reabilitasiyaya cəlb ediliblər.
Agentlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, müəssisəyə müvəqqəti yerləşdirilmiş hər bir şəxslə bağlı qiymətləndirmə əsasında sosial reabilitasiya planı hazırlanıb və onların sosial re-inteqrasiyası və sosial-reabilitasiyası tədbirləri həyata keçiriləcək.