Türkiyədən İsveç və Finlandiyaya 9 şərt
Türkiyə NATO-ya üzvlük üçün vetonun götürülməsini istəyən İsveç və Finlandiyaya 9 şərt qoyub.
Bu barədə “Yeni Şəfəq” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, şərtlər aşağıdakı kimidir:
1. İsveç və Finlandiya PKK, DHKP/C, İŞİD, FETÖ və onların qolları daxil olmaqla, terror təşkilatları ilə mübarizədə Türkiyəyə dəstək verməlidir;
2. Terror təşkilatlarının müdafiəçisi olan İsveç və Finlandiya terrorla mübarizə üçün lazımi qanuni tənzimləmələr və hüquqi infrastruktur yaratmalıdır;
3. Hər iki ölkədəki PKK-nın qollarına aid nümayəndəliklər bağlanmalıdır;
4. FETÖ fəaliyyətlərinə icazə verilməməli, əlaqəli internet saytları və media orqanları bağlanmalıdır;
5. Ekstradisiya, aktivlərin dondurulması və terrorla əlaqəli dərnəklərin bağlanması tələbləri qarşılanmalıdır;
6. İsveç və Finlandiyada terrorla bağlı şəxslər deportasiya və ekstradisiya edilməlidir;
7. PKK və DHKP/C kimi terror təşkilatlarının aksiya-nümayiş keçirməsinə icazə verilməməlidir;
8. Hər iki ölkə Türkiyə ilə kəşfiyyat paylaşımı etməlidir;
9. Hər iki ölkə Türkiyəyə qarşı müdafiə sənayesi məhdudiyyətlərini aradan qaldırmalıdır.