“Türklər rusların qarşısını alacaq, biz vuruşacağıq…”
Son erməni təxribatından sonra rəsmi Bakının ortaya qətiyyətli mövqe qoyması ilə Cənubi Qafqazda maraqlı proseslər müşahidə olunmağa başladı. Əvvəlcə Azərbaycan və Türkiyə hərbi qüvvələrinin birgə təlimləri baş tutdu. Daha sonra Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Bakıya, Azərbaycanın Müdafiə naziri Zakir Həsənovunsa Moskvaya səfərləri gerçəkləşdi. Həmçinin, Rusiya Müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov Bakıya, nazirin digər müavini isə Yerevana səfər etdi. Buna paralel olaraq, Türkiyə hərbçiləri Naxçıvanda oldu.
“AzPolitika.info”-nun regionda müşahidə olunan fəal hərbi təmasların, qarşılıqlı səfərlərin məqsədi və ümumilikdə bu proseslərin mahiyyətinə dair suallarına Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə cavab verib.
– Hikmət bəy, iyulun 12-də Tovuzda baş verən erməni təxribatından sonra Rusiya-Azərbaycan münasibətlərində hansı tendensiya və dəyişikliklər müşahidə olunur?
– Bəli, hesab edirəm ki, hazırda Azərbaycan-Rusiya münasibətlərində müəyyən dəyişikliklər hiss edilir. Əlbəttə ki, bunlar kiçik dəyişikliklərdir. Fikrimcə, bu dəyişikliklər daha çox Azərbaycan-Türkiyə münasibətlərilə birbaşa əlaqəlidir. Türkiyənin regionda aktivləşməsi, türk ordusunun Azərbaycana gəlməsi, habelə prezident Ərdoğan və digər türk rəsmilərinin Azərbaycana birmənlı dəstək verən bəyanatları, Ermənistana barmaq silkələməsi müşahidə edildi. Bundan sonra çox şeylər dəyişdi və Rusiya narahat olmağa başladı. Ruslar sözsüz ki, türklərin regiona gəlməsinə qarşıdır. Qeyd edim ki, Azərbaycan da özünü hazırda daha ümidli və etibarlı durumda hiss edir. Azərbaycan rəhbərinin bəyanat və çıxışlarında qətiyyət ifadə olunur. Hesab edirəm ki, bunun səbəbi daha çox bölgədə Türkiyənin aktivliyi və diplomatik-hərbi sahədə köməyi ilə birbaşa bağlıdır.
– Qısa müddət ərzində Rusiya Müdafiə naziri Sergey Şoyqunun, eləcə də onun birinci müavininin Bakıya, Zakir Həsənovunsa Moskvaya səfəri baş tutdu. Sizcə, belə sürətli hərbi təmasların məqsədi nədir, hansı məsələlər müzakirə olunur?
– Rus çalışır ki, türkü regiona buraxmasın. İstəmir ki, Rusiya-Azərbaycan hərbi əməkdaşlığını Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı əvəz etsin. Əsas məsələ budur və ruslar bundan ciddi narahatdırlar. O mənada ki, türk gələcək və ruslar kənarda qalmalı olacaqlar. İlk növbədə də hərbi məsələlərdə. Xüsusilə qeyd etmək lazımdır ki, hazırda Türkiyənin Azərbaycanda hərbi bazasının açılmasına dair aktiv söz-söhbətlər gedir. Bu da vacib məsələdir. Ehtimal edirəm ki, rus hərbçilərinin səfərləri, burada və Rusiyada aparılan danışıqlar daha çox bu məqamlarla bağlıdır.
– Sizcə, Rusiya Azərbaycanı Türkiyə ilə hərbi əməkdaşlıqdan çəkindirmək üçün hansı imkan və resurslara malikdir?
– Əlbəttə ki, Rusiya bizim qonşu dövlətdir və həm də ən böyük qonşumuzdur. Sözsüz ki, Rusiya Azərbaycanı Türkiyə ilə sıx hərbi əməkdaşlıqdan çəkindirmək üçün hansısa addımlar ata bilər. Misal üçün, bizi qorxutmağa çalışa, təhdid edə, təhlükə yaradacaqlarını deyə bilərlər. Bununla paralel olaraq bizə vədlər də verə bilərlər. Yəni paralel iki xətt üzrə bizi çəkindirməyə çalışa bilərlər.
– 30 ildir Qarabağ probleminin həll edilməməsinin əsas səbəbkarı olan Rusiya bizə hansı vədlər verə bilər?
– Məsələn, deyə bilərlər ki, problem həll olunacaq, hazırda biz bunun üçün çalışırıq, Ermənistanı yola gətiririk, bir qədər dözüm nümayiş etdirin, bilirik ki, siz bu məsələdə haqlısınız və s. Ehtimal edirəm ki, belə vədlər verə bilərlər. Reallıqda isə onlar heç nə etmirlər və sizə deyim ki, etmək niyyətində də deyillər. Əksinə, əsas niyyətləri həm Azərbaycanı, həm də Ermənistanı qarmaqda saxlamaqdır. Ruslar bunun üçün çalışırlar. Regionda məhz belə atmosferin olması onların maraqlarına uyğundur. Yəni status-kvonu saxlamaq istəyirlər və addımlarını da bu çərçivədə atırlar. Azərbaycan isə status-kvonun bu şəkildə saxlanılmasını istəmir və bu istəyi Türkiyə də dəstəkləyir. Ona görə də vəziyyət bir qədər dəyişib.
– Rusiya hazırda müşahidə olunan Azərbaycan-Türkiyə yaxınlaşmasını tormozlaya bilərmi?
– Bu, daha çox Türkiyədən asılıdır. Əgər Türkiyə arxamızda möhkəm dursa, onlar heç nə edə bilməzlər.
– Mediada belə müzakirələr gedir ki, Azərbaycan iqtidarında Rusiyaya yaxın adamların müəyyən hissəsi vurularaq sıradan çıxarılıb. Xüsusilə, Ramiz Mehdiyevin adı hallandırılır. Sizcə, bu addımlar Azərbaycan-Türkiyə yaxınlaşmasından qaynaqlanır, yoxsa sadəcə, hakimiyyətdaxili proseslərin təzahürüdür?
– Burada həm siz deyən faktor var, həm də başqa məqamlar. Bəli, müşahidə olunan odur ki, məqsəd Rusiyanın adamlarını sıradan çıxarmaqdır. Amma bu, o demək deyil ki, Rusiya ilə əlaqələr qırılacaq. Çıxarılanların yerinə hakimiyyətin özünə yaxın olan, amma Rusiya ilə işləyə biləcək şəxslər gətiriləcək. Yəni bir növ deyilir ki, “mən özüm sizinlə söhbət edəcəyəm, Ramiz Mehdiyevi neynəyirsiniz?”.https://googleads.g.doubleclick.net/pagead/ads?client=ca-pub-5860023968987848&output=html&h=250&adk=1043373528&adf=3133861132&w=635&fwrn=4&fwrnh=100&lmt=1599472058&num_ads=1&rafmt=1&armr=3&sem=mc&pwprc=5315004528&psa=1&guci=2.2.0.0.2.2.0.0&ad_type=text_image&format=635×250&url=http%3A%2F%2Fazpolitika.info%2F%3Fp%3D603099&flash=0&fwr=0&pra=3&rh=159&rw=634&rpe=1&resp_fmts=3&wgl=1&fa=27&adsid=ChEI8LTX-gUQ85Pi_aX46e-6ARIqAAOfqFzrLLg1M2DD4CMhXtR0juXrkFUtfNZ81LMg4FOvZ-J-L6M5iOMD&dt=1599472058392&bpp=10&bdt=5559&idt=10&shv=r20200831&cbv=r20190131&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3Db8aa46916b4ed44b%3AT%3D1595411831%3AS%3DALNI_MYuJql_7fL6dFfqzIvlS-21SnPL4g&prev_fmts=320×100%2C255x600%2C0x0%2C635x280&nras=3&correlator=3987737974970&frm=20&pv=1&ga_vid=721217811.1595411835&ga_sid=1599472057&ga_hid=1181791000&ga_fc=0&iag=0&icsg=36509354507&dssz=29&mdo=0&mso=0&u_tz=240&u_his=1&u_java=0&u_h=768&u_w=1366&u_ah=728&u_aw=1366&u_cd=24&u_nplug=3&u_nmime=4&adx=291&ady=3113&biw=1311&bih=627&scr_x=0&scr_y=100&eid=20206791%2C182982000%2C182982200%2C21066944&oid=3&pvsid=2147588185327451&pem=830&ref=http%3A%2F%2Fazpolitika.info%2F&rx=0&eae=0&fc=384&brdim=0%2C0%2C0%2C0%2C1366%2C0%2C1366%2C728%2C1326%2C627&vis=1&rsz=%7C%7Cs%7C&abl=NS&fu=8320&bc=23&jar=2020-09-07-09&ifi=5&uci=a!5&btvi=3&fsb=1&xpc=7VtL8V81WT&p=http%3A//azpolitika.info&dtd=419
Açıq deyək ki, həm də hakimiyyətin “köhnə qvardiya” ilə işi getmirdi. Onları çıxarmaq, dəyişdirmək, yerlərinə öz adamlarını gətirmək məqsədi mövcud idi. Qısaca, ölkədə idarəçilik dəyişməlidir, oliqarxlar getməlidir, yerinə hakimiyyətin öz adamları gəlməlidir.
– Sizcə, Türkiyənin regiona gəlişi Dağlıq Qarabağ münaqişəsinə hansı formada təsir göstərə bilər?
– Məncə, çox şey dəyişə bilər. Əgər Türkiyə doğrudan da arxamızda duracaqsa, Azərbaycan Ermənistanla müharibəyə başlasa, biz Rusiyadan ehtiyat etməyəcəyik və ya az ehtiyat edəcəyik. O mənada ki, erməni tərəfindən rus təyyarələri, texnikası gələ bilərsə, belə təhlükə yaranarsa, bu tərəfdən də türklərin təyyarələri gələcək. Rusiya sözsüz ki, bunu nəzərə almalıdır. Proseslərin bu formada inkişafı nəticəsində münaqişə şişəcək və genişlənəcək. Başqa sözlə, rusların təsirinin qarşısını türklər alacaq. Biz isə erməni ilə təkbətək vuruşacağıq.
– İndi bir çox eksperlət qeyd edirlər ki, müharibə ehtimalı realdır. Siz hərbi əməliyyatların başlamasını mümkün sayırsınızmı?
– Bəli, mən də hərbi əməliyyatların başlamasını real sayıram. Ola bilsin ki, söhbət böyük miqyaslı hərbi əməliyyatlardan getməsin, ancaq aprel müharibəsi kimi bir həftəlik hərbi konfliktlər ola bilər.
Məqsəd Ermənistanı geri oturtmaq, işğal olunan rayonlarımızdan erməni ordusunu çıxarmaq, ərazilərimizi qaytarmaqdır.
– Qarabağ konfliktinə görə Rusiya və Türkiyənin üz-üzə gəlməsi indiki beynəlxalq və geopolitik şərtlər daxilində real görünürmü?
– Hansısa səviyyədə bu ola bilər. Mən inanmıram ki, böyük miqyaslı müharibə başlasın. Amma kiçik insidentlər baş verə bilər. Bu da, sözsüz ki, həm Rusiya, həm də region üçün narahatedici məqamdır. Bunun olmasını istəməzlər. Hansısa türk təyyarəsi rus təyyarəsini və ya helikopterini vura bilər. Türkün dronları burada uça bilərlər. Hansısa səviyyədə rus və türk toqquşması müşahidə edilə bilər.
– Sizcə, Türkiyənin atdığı addımlar məxsusi olaraq öz addımlarıdır, yoxsa onun da arxasında daha böyük qüvvələr dayanır?
– Əslində, düşündürücü sualdır. Mən hesab edirəm ki, Türkiyənin bu addımları başqa qüvvələr tərəfindən dəstəklənə bilər. Ola bilər Qərb Türkiyəyə razılıq versin ki, gedin regiona, Rusiyanı yerində oturtmaq lazımdır. Qərb Rusiyaya qarşı iqtisadi baxımdan sanksiyalar tətbiq edir, Türkiyə də bu tərəfdən real addımlar atır. Bunlar ola bilər. NATO, ABŞ və ümumilikdə Qərb Türkiyənin qulağına pıçıldaya bilər ki, biz də buradayıq, yanınızdayıq. Amma mən birmənalı demirəm ki, məhz belədir. Sadəcə, belə bir ehtimal da ola bilər.
Həm də nəzərə almaq lazımdır ki, Qərb oyanıb. Qərb ümid edirdi ki, ticarətlə, yaxşı davranışla, pozitiv dialoqlarla Rusiyanı yola gətirmək mümkündür. Amma indi görürlər ki, bu yolla nəyəsə nail olmaq mümkün deyil. Əksinə, nə edirsən et, Rusiya Suriyaya soxulur, Liviyadan səsi gəlir, İraqda addımlar atır. Üstəlik öz cəmiyyətində repressiyalar həyata keçirir. Yəni aqressiv fenomenə çevrilib və bütün dünyaya təhlükədir. Odur ki, Qərb mövqeyini dəyişib və ən əsası bu mövqeyi daha qətiyyətlidir.