Üç gündür itkin düşən Yusifin meyiti tapıldı

Sentyabrın 2-də Sumqayıtda itkin düşən uşağın meyiti tapılıb.

10 yaşlı Yusif Davudovun meyiti FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən Ceyranbatan su anbarından tapılıb.

Qeyd edək ki, sentyabrın 2-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə naməlum şəraitdə itkin düşən 2010-cu il təvəllüdlü Davudov Yusif Bəhlul oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. İlkin olaraq, Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupu və polis əməkdaşlarının iştirakı ilə Y.Davudovun itkin düşdüyü ehtimal olunan ərazidə axtarış işlərinə başlanılıb. Uşağın Samur-Abşeron kanalına düşməsinə əsaslı şübhələr yarandığından Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Mənbə
qafqazinfo.az
Hamısını Göstər

Related Articles

Back to top button