Üç hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verildi
Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Sərəncama əsasən, Aşağıdakı hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilir:
Bağırov Məhəmməd Abduləli oğlu – Füzuli Rayon Məhkəməsinin hakimi və sədri
Əmirxanova Kəmalə Fərman qızı – Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi
Mustafayev Nofəl Qara oğlu – Tovuz Rayon Məhkəməsinin hakimi.