Ukrayna 20 il əvvəl Putinlə bağlı Avropaya xəbərdarlıq edib – Arxiv sənədləri açılıb
Ukrayna 20 il əvvəl Putinlə bağlı Avropaya xəbərdarlıq edib. Lakin rəsmi Kiyevin xəbərdarlıqları o zaman şübhə ilə qarşılanıb.
“Polise.az” xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.
Böyük Britaniyanın arxiv sənədləri göstərir ki, 2000-ci illərin əvvəllərində ABŞ və digər Qərb dövlətləri Kremllə sıx əməkdaşlığa hazırlaşırdılar və Rusiyanı müttəfiq və tərəfdaş hesab edirdilər. Həmin sənədlərdə qeyd olunur ki, ABŞ Prezidenti Corc Buş (2001-2009) 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktlarından sonra amerikalılara terrorla mübarizədə kömək edəcəyinə dair vəd verən Vladimir Putindən razı olduğunu bildirib.
Eyni sənəddə o da qeyd olunur ki, həmin il Ukrayna Qərbə Putinlə ehtiyatlı davranmaqla bağlı xəbərdarlıq edib. Lakin rəsmi Kiyevin xəbərdarlıqları Ukraynanın o vaxtkı Prezidenti Leonid Kuçmaya olan etimadsızlıq ucbatından şübhə ilə qarşılanıb.
Arxivlərdən məlumdur ki, Kuçma Britaniyanın Baş naziri Toni Bleyerə məktub yazaraq Ukraynanı Aİ və NATO ilə yaxınlaşdırmağa kömək etməsini xahiş etsə də, onun bu təklifi dəstəklənməyib.
Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı işğaldan sonra Qərb mediasına müsahibə verən Toni Bleyer bildirib ki, “o vaxtdan bəri Vladimir Putin çox dəyişib”.
Polise.az