Ukrayna Baş Qərargahı Rusiyanın Avdiivka istiqamətindəki itkilərini açıqlayıb
Avdiivka istiqamətində Ukrayna mövqelərinə hücum zamanı Rusiya ordusu ağır itkilər veriblər.
Bu barədə ölkənin Baş Qərargahının səhər xülasəsində deyilir.
Qeyd olunur ki, Rusiya qoşunlarının 1-ci Ordu Korpusundan hər gün 30-dan çox insan tibb müəssisələrinə qəbul olunur.
Eyni zamanda bildirilir ki, Rusiya ordusu istənilən yolla itki vermiş bölmələrin döyüş qabiliyyətini bərpa etməyə çalışır.