Ukrayna daha bir neçə yaşayış məntəqəsinə nəzarəti bərpa edib

“Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının altıncı paketi bu və ya digər formada Rusiya neftinin idxalına məhdudiyyətləri əhatə edə bilər, lakin bu, ittifaqın üzv ölkələrinə dəyən ziyanı minimuma endirəcək şəkildə hazırlanmalıdır”.

Bunu Avropa Komissiyasının Prezidentinin müavini Valdis Dombrovskis “The Times”a müsahibəsində söyləyib.

“Biz altıncı sanksiyalar paketi üzərində işləyirik və nəzərdən keçirdiyimiz məsələlərdən biri neft embarqosunun hansısa formasıdır. Biz sanksiyalar tətbiq edərkən bunu Rusiyaya təzyiqi maksimum dərəcədə artıracaq və özümüz üçün müşayiət edən ziyanı minimuma endirəcək tərzdə etməliyik”, – o bildirib.

Siyasətçi onu da qeyd edib ki, sanksiyaların təfərrüatları hələlik razılaşdırılmayıb, ancaq bu, Rusiya neftindən tədricən imtina və ya müəyyən qiymət həddini aşan ixracat tariflərinin tətbiqi ola bilər.

Hamısını Göstər

Related Articles

Back to top button