Ukrayna Moldovaya qarşı idxal məhdudiyyətləri hazırlayır

Ukrayna Kişinyovun müvafiq qərarına cavab olaraq Moldovaya qarşı idxal məhdudiyyətləri hazırlayır. Polise.az  xəbər verir ki, bunu Ukraynanın iqtisadi inkişaf, ticarət və kənd təsərrüfatı nazirinin müavini, ticarət nümayəndəsi Taras Kaçka “RBC-Ukraina”ya açıqlamasında deyib.

“Biz Kişinyovu xəbərdar etmişik ki, Moldova tərəfindən hər hansı məhdudiyyət son dərəcə qeyri-dost addım hesab olunacaq və həmin ölkədən bütün idxallara dərhal qadağa qoyulması ilə nəticələnəcək”, – o deyib.

Bundan əvvəl Aqrar Siyasət Nazirliyi Moldovanın Ukraynadan buğda, qarğıdalı, kolza və günəbaxan idxalını məhdudlaşdırmaq niyyəti ilə razılaşmadığını bildirib.

Nazir Nikolay Solski Kişinyovun səsləndirdiyi əsasları anlaşılmaz adlandırıb, o, qeyd edib ki, Ukrayna bu məhsulları Moldovaya ixrac etmir. Nazirlik həmçinin bəyan edib ki, Ukrayna və Moldova arasında danışıqlar davam etdiriləcək.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button