Ukrayna Qərbdən ağır silahlar alır
Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Yermak ölkəsinin Qərb tanklarına və digər silahlara ehtiyacı olduğunu bildirib.
Bu barədə o, BFMTV-yə müsahibəsində bildirib. O qeyd edib ki, Kiyev artıq ağır silahlar alır, lakin konkret hansı silahdan danışdığını açıqlamayıb.
“Mən sizə bütün təfərrüatları verə bilmərəm, amma sizə deyə bilərəm ki, biz artıq avropalı tərəfdaşlarımızdan belə silahlar almağa başlamışıq. Əminəm ki, bu tədarüklər davam edəcək”, – Yermak deyib.
Qeyd edək ki, NATO ölkələri son vaxtlar Qərb istehsalı olan tankların Ukraynaya ötürülməsini müzakirə edirlər.